Milli Kino Günü ilə bağlı Azərbaycan Kinomotoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov həmkarlarına müraciət edib. Milli Kino Günü ilə bağlı Azərbaycan Kinomotoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov həmkarlarına müraciət edib.

Rüstəm İbrahimbəyov müraciət etdi: “Həmişə çətin tarixi şəraitdə...“

Milli Kino Günü ilə bağlı Azərbaycan Kinomotoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov həmkarlarına müraciət edib.


AzNews.az həmin müraciəti təqdim edir:

"Əziz dostlar, həmkarlar! Bu il Milli Kinomuzun 117 yaşı tamam olur. Bu müddət ərzində Azərbaycan kinemotoqrafçıları öz xalqına sevgisinə və mədəni ənənələrə bağlılığına sadiq olub. Həmkarlarımızın ən layiqliləri həmişə çətin tarixi şəraitdə ölkəmizin və kinemotoqrafımızın gerçək maraqlarını qoruyub. İttifaqımızın mükafatlarının bu ilki laureatları öz fəaliyyətlərində və əsərlərində Milli Kinomuzun ən yaxşı xüsusiyyətlərini əks etdiriblər.

Bir daha hamınıza salamımı və xoş arzularımı çatdırıram. Daha neçə-neçə illər bir-birimizi yaradıcı uğurlar münasibəti ilə təbrik etmək üçün Allah yardımçımız olsun."


Azərbaycan Kinemotoqrafçılar İttifaqı hər il olduğu kimi bu il də Kino Günü münasibətilə yaradıcı uğurlara görə mükafatların sahiblərini müəyyən edib. İttifaqın katibliyinin qərarına əsasən, bu il aktrisa Mehriban Zəki "Son illərin yaradıcı uğurlarına görə", animasiya rejissoru Cavid Əhədov "Köhnə saat" animasiya filminin rejissor həllinə görə", bəstəkar Cavanşir Quliyev "Milli Kinemotoqrafiya qarşısında xidmətlərinə görə" təltif olunublar.

Xatırladaq ki, 1963-cü ildə təsis olunan Azərbaycan Kinemotoqrafçılar İttifaqı ilk və üzvlərinin sayına görə ən böyük kino təşkilatıdır. Layihələri çərçivəsində Bakı Kino Məktəbi, "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı, "Qızıl Çıraq" peşəkar mükafatının kinomuzun inkişafında ciddi rolu olub.

Bahar RÜSTƏMLİ
AzNews.az