Bakı buxtasındakı yaxtanın yoxa çıxması ətrafında yaranmış qalmaqalın yeni təfərrüatları bəlli olub. Bakı buxtasındakı yaxtanın yoxa çıxması ətrafında yaranmış qalmaqalın yeni təfərrüatları bəlli olub.

Bulvardan oğurlanan yaxta barədə - İlginc məlumatlar

Bakı buxtasındakı yaxtanın yoxa çıxması ətrafında yaranmış qalmaqalın yeni təfərrüatları bəlli olub.


Xəbər verdiyimiz kimi, Füzuli Abdullayev adlı Bakı sakini bir neçə gün əvvəl polisə müraciət edərək Bakı buxtasındakı "Yaxt-klub"da lövbər salan 65 metrlik yaxtasının oğurlanmasından şikayət etmişdi.

Sonradan isə məlum olmuşdu ki, bu yaxta "Xəzər Dəniz Gəmiçiliyi İdarəsi" QSC-nin keçmiş sədri Aydın Bəşirovun oğlu İlqar Bəşirova məxsusdur. Bu faktı "Yaxt-klub"un mətbuat katibi Əhməd Əsgərov da təsdiqləyib.



"Gəminin sahibi QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur. Həmçinin qeyd etmək istəyirik ki, həmin gəmi itməyib və gəminin fotolarını mətbuata təqdim edəcəyik. "Yaxt-klub"dakı dayanacağa gəlincə isə ora pulludur və müqavilə əsasında fəaliyyət göstərir. Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz. Onu da qeyd edim ki, bu gəminin mülkiyyətçiliyi ilə bağlı bir sıra qaranlıq məqamlar və suallar mövcuddur" - deyə Ə.Əsgərov bildirib.

AzNews.az xəbər verir ki, virtualaz.org saytının əldə etdiyi məlumata görə, bu yaxta Aydın Bəşirov "Kaspar"ın rəhbəri olan dövrdə özəlləşdirilib, daha doğrusu, mənimsənilib. Özü də söhbət yaxtadan yox, Bakı-Ənzəli (İran) marşrutu üzrə hərəkət edən məşhur "Quryev" sovet paroxodundan gedir.



Lakin Aydın Bəşirov o zaman qanunları kobud şəkildə pozaraq dövlət əmlakı sayılan "Quryev" paroxodunu qəsb edib və onu oğlu İlqar Bəşirova verib. Bəşirovun oğlu da öz növbəsində qəsb olunmuş bu dövlət əmlakını yaxta kimi yenidən qurdurub.


"Kaspar"ın yeni rəhbərliyi isə dövlət əmlakının qanunsuz yollarla qəsb olunması faktını yalnız Aydın Bəşirovun istefasından sonra qəfildən yada salıb. "Xəzər Dəniz Gəmiçiliyi"nin iki kateri isə "Quryev"i yalnız bir həftə əvvəl Bakı limanına qaytarıb.