Samux rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 5-ə çatıb. Samux rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

11 nəfərin olduğu maşın körpüdən aşdı, ölənlərin sayı 5-ə çatdı - Samuxdakı faciədən FOTOLAR (Yenilənib)

Samux rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 5-ə çatıb.


AzNews.az xəbər verir ki, Gəncə Təcili Tibbi Yardım Stansiyasından APA-nın qərb bürosuna verilən məlumata görə, stansiyaya çatdırılanlardan biri orada keçinib.

Artıq ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib:

Ölənlər şəxslər bunlardır:

Zöhrab Məmmədov (sürücü)
Maral İsmayılova
Hicran İsmayılova
Kafya İsmayılova
Məleykə Həsənova (azyaşlı)

Bundan başqa, Fatimə Məmmədova (3 yaş), Namilə İsmayılova, Rəqsanə Məmmədova, Zöhrə Məmmədova ağır, Sənan Hüseynov (10 yaş), Yusif Verdiyev (2 yaş) isə yüngül bədən xəsarətləri alıblar.

Ölən və yaralananların bir ailənin üzvü olduqları, yaxınlarının yas mərasimindən qayıtdıqları bildirilir.

***
16:55

Gəncədən İmamzadə dini kompleksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib.

AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, VAZ 21 06 markalı avtomobilin sürücüsü yol ötürücüsünün üzərində olarkən idarəetməni itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb.

Şahidlərin bildirdiyinə görə, avtomobildə bir-neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər.

Samux rayonu Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır.

***

APA-nın məlumatına görə, avtomobildə olan 11 nəfərdən 3-ü hadisə yerində ölüb, digərləri xəsarət alıb. Onlardan 1 azyaşlı Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. 7 nəfər isə Gəncə Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.
image description image description image description image description image description image description image description image description