Qazlı içkilər sağlamlığınıza belə ziyan vurur. Qazlı içkilər sağlamlığınıza belə ziyan vurur.

Qazlı içki sağlamlığınıza belə ziyan vurur

Qazlı içkilər sağlamlığınıza belə ziyan vurur.


AzNews.az Ölkə.Az-a istinadən xəbər verir ki, ingiltərəli əczaçı Niray Neik şəxsi bloku olan "The Renegade Pharmacist" da yayımladığı bir qrafikdə qazlı içkilərin orqanizmin maddələr mübadiləsinə necə təsir etdiyi göstərilib.

İlk 10 dəqiqə: Vücuda gündəlik şəkər qəbulu ilə eyni səviyyədə-10 çay qaşığı şəkər daxil olur. Qazlı içkinin daxilində olan ortofosfor turşusu şəkərin dadını azaldır və qusmanı əngəlləyir.

İlk 20 dəqiqə: Qanda şəkərin miqdarı anidən yüksəlir. Qaraciyər isə həmin şəkəri yağa çevirərək ani şəkər yüksəlməsinin qarşısını alır.
Ilk 40 dəqiqə: Göz bəbəkləri böyüyür və qan təzyiqi artmağa başlayır.
Ilk 45 dəqiqə: Vücud dopamin hormonunu ifraz etmək üçün beyinə siqnal göndərir.
Ilk 60 dəqiqə: Qazlı içkilərin tərkibində olan ortofosfor turşusu, sink və maqneziumu yoğun bağırsaqda saxlayaraq maddələr mübadiləsində baş verəcək ani şəkər yüksəlmələrinə zəmin yaradır.

60 dəqiqədən sonra: Sidiyə getmə prosesi güclənir. Sümüklərə getməli olan kalsium, sink və maqnezium vücuddan kənara çıxır.Psixoloji olaraq insan daha əsəbi və gərgin olmağa başlayır.