Ağdaşda fərdi yaşayış evlərində yanğın olub. Ağdaşda fərdi yaşayış evlərində yanğın olub.

Ağdaşda ev yandı - sahibi tüstüdən zəhərləndi

Ağdaşda fərdi yaşayış evlərində yanğın olub.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 53 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.

Hadisə zamanı ev sahibi tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.