Türkiyə ilə ABŞ Suriyanın şimal-qərbindəki Azez-Cerablus arasındakı bölgəni İŞİD-dən təmizləmək məsələsində razılığa gəliblər. Türkiyə ilə ABŞ Suriyanın şimal-qərbindəki Azez-Cerablus arasındakı bölgəni İŞİD-dən təmizləmək məsələsində razılığa gəliblər.

Bu ərazilər İŞİD-dən alınıb azərbaycanlılara veriləcək - XƏRİTƏ

Türkiyə ilə ABŞ Suriyanın şimal-qərbindəki Azez-Cerablus arasındakı bölgəni İŞİD-dən təmizləmək məsələsində razılığa gəliblər.


AzNews.az Publika.az-a istinadə xəbər verir ki, "Əl-Cəzirə"nin yüksək səviyyəli mənbələrdən əldə etdiyi məlumata görə, bunun qarşılığında İncirlik hərbi bazası koalision güclərin üzünə açılacaq. Əsas məsələ İŞİD-dən təmizlənəcək bölgəyə kimin yerləşdirilməsidir.

Məlumata görə, razılaşmaya görə həmin bölgəyə Suriya müxalifəti ilə türkmanlara (Azərbaycan əsilli -red) veriləcək. Rəsmi Ankara PKK-nın Suriya qolu olan PYD-nin bu bölgəyə təsir etmək imkanlarına imkan verməyəcək.

Qeyd edək ki, iki gün öncə MİT rəhbərliyi ilə türkman komandirlərinin Ankarada keçirdikləri görüşdə Türkiyənin 5 minlik türkman ordusu yaratması haqda razılığa gəlinib.

"Yeni çağ" qəzetinin köşə yazarı Ahmet Takan isə maraqlı iddia irəli sürüb: "Ankara Vaşinqtonla razılaşıb. Əvvəlcə terror təşkilatlarının Türkiyəni hədəf almasının qarşısını alınacaq, Türkiyənin daxili və sərhədləri təmizlənəcək. Daha sonra təhlükəsizlik zonasında türkmanların mövcudluğuna zəmanət alaraq, köç dalğasının qarşısı alınacaq. ABŞ Rusiya və İranı məmnun edəcək vədlər verib. Həmçinin, Əsədlə razılaşıb. Bu razılaşmaya görə, Əsəd və ailəsinin təhlükəsizliyi təmin olunacaq. Əsəd özü hakimiyyətdən çəkiləcək və onun yerinə yeni Əsəd gələcək".