“Qəbələ” idman klubu UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin “Apollon” klubu ilə keçirilən oyununda baş verən hadisələrlə bağlı bəyanat yayıb. “Qəbələ” idman klubu UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin “Apollon” klubu ilə keçirilən oyununda baş verən hadisələrlə bağlı bəyanat yayıb.

“Qəbələ”: “Biz xəbərdarlıq etmişdik” – BƏYANAT

“Qəbələ” idman klubu UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin “Apollon” klubu ilə keçirilən oyununda baş verən hadisələrlə bağlı bəyanat yayıb.


AzNews.az-ın verdiyi xəbərə görə, bəyanatda deyilir:

UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin Larnaka şəhər stadionunda keçirilmiş "Apollon" – "Qəbələ" (1:1) oyununda baş verən hadisələrlə bağlı dərin təəssüf hissi doğurub.

Futbol ictimaiyyətinin diqqətinə çatdırmaq istərdik ki, matçdan öncə həm rəqib klubun rəhbərliyinə, həm də UEFA nümayəndəsinə xoşagəlməz halların baş verməməsi üçün tədbir görülməsinin vacibliyi bildirilib. Eyni zamanda, daha öncə klub və milli komandalar səviyyəsində Kiprdə keçirilmiş oyunlarda yaşanmış qalmaqallar hər iki tərəfin nəzərinə çatdırılıb. Xatırladaq ki, komandamızın kapitanı Cavid Hüseynov 2006-ci ildə 19 yaşlılardan ibarət Azərbaycan – Ermənistan milli komandalarının oyununda da kiprli azarkeşlərin fiziki təzyiqinə məruz qalıb.

Təəssüf hissi ilə qeyd etməliyik ki, keçmişdə baş vermiş bənzər hadisələr bu oyunda da yaşanıb. Rəqib komandanın azarkeşləri ölkəmizin bayrağının yandırılmasına cəhd etsələr də, dərhal UEFA nümayəndəsi və "Apollon" klubunun rəhbərliyinə etirazımız bildirilib və məsələyə müdaxilə etmələri tələb edilib. Bu tələbimizdən sonra qarşı tərəf bayrağımızın yandırılmasının qarşısını alıb.

Bununla belə, bütün xəbərdarlıqlarımıza baxmayaraq, tribunalarda xoşagəlməz hadisələr davam edib. "Apollon" azarkeşləri ölkəmizin atributlarını təhqir etməkdən çəkinməyib.

Daim rəqibə, hakimlərə, azarkeşlərə hörmət prinsipini əsas tutan "Qəbələ" İK idman meydanlarında bu cür hadisələrin baş verməsinə qarşıdır. Bu səbəbdən 06 avqust 2015 tarixində keçiriləcək cavab oyununda azarkeşlərimizi təxribatlara uymamağa və yalnız komandamızı dəstəkləməyə çağırırıq.

Vüsal
AzNews.az