Bakı - Quba maqistral yonunun 46-cı kilometrliyində, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində baş verən qəzada ölənlərin sayı artıb. Bakı - Quba maqistral yonunun 46-cı kilometrliyində, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində baş verən qəzada ölənlərin sayı artıb.

Bakı-Quba yolundakı ağır qəzada ölənlərin sayı artıb - Yenilənib

Bakı - Quba maqistral yonunun 46-cı kilometrliyində, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində baş verən qəzada ölənlərin sayı artıb.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 2004 - cü il təvəllüdlü Rəvan Sabir oğlu Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

***

09:27

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı-Quba yolunun 45-ci killometrində "Opel" markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan "Mercedes" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə, deformasiyaya uğramış "Opel" markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.