Səhər saat 07:00 radələrində bir qrup şəxs Sumqayıt-Bakı yolunu bağlayıb. Səhər saat 07:00 radələrində bir qrup şəxs Sumqayıt-Bakı yolunu bağlayıb.

Sumqayıt-Bakı yolu bağlandı - Faciəyə görə aksiya (FOTOLAR)

Səhər saat 07:00 radələrində bir qrup şəxs Sumqayıt-Bakı yolunu bağlayıb.

AzNews.az-ın əldə etdiyi məlumata görə, yolu bağlayanlar iki gün öncə Ceyranbatan su anbarında boğularaq itgin düşən 21 yaşlı gəncin yaxınları olub. Onlar hadisədən iki gün keçməsinə baxmayaraq aidiyyatı qurumların boğulan gəncin ölüsünü ya dirisini tapmamasına etirazlarını bildiriblər. Sumqayıt-Bakı yolu təxminən yarım saat bağlı qalıb.

Məlumat üçün bildirək ki, iki gün öncə Ceyranbatan su anbarında 21 yaşlı gənc boğularaq itgin düşüb və hələ də tapılmayıb.







Vüsal
AzNews.az