“Adam öz ölkəsinin şirkətinə fayda vermək istəyir, ancaq öz şirkətimiz bizlərə bu imkanı heç cür vermək istəmir”. “Adam öz ölkəsinin şirkətinə fayda vermək istəyir, ancaq öz şirkətimiz bizlərə bu imkanı heç cür vermək istəmir”.

AZAL-ın yeni “hoqqa”sı – Əlavə 300 AZN ödəməlisiniz

“Adam öz ölkəsinin şirkətinə fayda vermək istəyir, ancaq öz şirkətimiz bizlərə bu imkanı heç cür vermək istəmir”.


AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili vəkili Fazil Mustafa AZAL-dakı qiymətlərlə bağlı fikrini bildirərkən deyib. Şikayətini "Facebook" sosial şəbəkəsində yazan millət vəkili AZAL-ın yeni "hoqqa"sından danışıb: "Bir dostumuz oğlunu Londona dil kursuna göndərir. Təyyarə bileti üçün AZAL-a müraciət edir. Uşağın 16 yaşı tamam deyil. Prezidentin göstərişindən sonra nisbətən ucuzlaşan bilet qiymətlərinin yerinə maraqlı hoqqa düşünülüb. 16 yaşdan aşağı sərnişinlər valideynsiz gedərsə, bilet puluna 300 AZN də əlavə ödəməlidir. Guya onu müşayiət edən şəxsə verilmək üçün".





F.Mustafa məsələ ilə bağlı hüquqi qaydaları da izah edib: "Valideynlərinin hər ikisinin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi varsa hava şirkəti buna problem yaratmamalıdır. Demek 520 manat üstəgel 300 manat. Vətəndaş British Airline hava şirkətinə müraciət edir ve bildirirler ki, onlar bu qaydanı yalnız 5-12 yaş arası uşaqlar üçün tətbiq edirlər. Demək, vətənpərvərlik göstərib AZAL-dan bilet almaq istəyine baxmayaraq xeyrini ingilis şirkətinə verməyə məcbur qalır. Üzülürsən, ancaq ne edəsən, prezidentdən də yuxarı instansiya yoxdur ki? Prezident camaatın üreyindən keçəni söylədi, bunlar ise yenə də öz ürəklərindən keçəni edirlər. Bu nüansları nəzərə alarsaq AZAL şirkətinin adını ÇOXAL olaraq dəyişmək daha məntiqli olmazdımı?"

Nigar