Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı keçirilir. Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı keçirilir.

Əli Kərimli və Arif Hacılı KXCP-ni saymadı - FOTO

Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı keçirilir.


AzNews.az APA-ya istinadən xəbər verir ki, qurultayda KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edib.

M. Mirəlioğlu bildirib ki, 55 rayonda qurultaya hazırlıq üzrə konfrans keçirilib, 298 nümayəndə seçilib. O, qurultayda 230 nümayəndənin qeydiyyatdan keçdiyini bildirərək, yetərsayın olduğunu qeyd edib.

Daha sonra mandat və say komissiyası seçilib.

Sonra qurultaya qonaq qismində dəvət olunan siyasi partiyaların rəhbərləri çıxış edib.

Qurultayda Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, BAXCP, VHP, AXP, VİP, Ədalət Partiyası, AMİP və digər partiyaların sədrləri iştirak edirlər.

AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı qurultaya dəvət olunsa da, qatılmayıblar.

Dəvət olmasına baxmayaraq, YAP-dan qurultayda iştirak edən yoxdur.
image description image description image description