31 iyul 2015-ci ildə “Meçta” (“Arzu”) uşaq kafesində çoxuşaqlı ailələrin övladları - Heydər Əliyev adına 11 nömrəli məktəbin nəzdində olan “Drujba” yeni uşaq bağçasının şagirdləri üçün bayram şənliyi təşkil olunub. 31 iyul 2015-ci ildə “Meçta” (“Arzu”) uşaq kafesində çoxuşaqlı ailələrin övladları - Heydər Əliyev adına 11 nömrəli məktəbin nəzdində olan “Drujba” yeni uşaq bağçasının şagirdləri üçün bayram şənliyi təşkil olunub.

Heydər Əliyev Fondu uşaqlara bayram şənliyi təşkil etdi - Həştərxanda (Fotolar)

31 iyul 2015-ci ildə “Meçta” (“Arzu”) uşaq kafesində çoxuşaqlı ailələrin övladları - Heydər Əliyev adına 11 nömrəli məktəbin nəzdində olan “Drujba” yeni uşaq bağçasının şagirdləri üçün bayram şənliyi təşkil olunub.


AzNews.az xəbər verir ki, bayram şənliyi Heydər Əliyev Fondunun təşkilatçılığı, Həştərxan vilayəti Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyi və Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan bölməsinin dəstəyi ilə keçirilib.

Tədbir zamanı uşaqlar üçün Həştərxanlı animatorların iştirakı ilə əyləncəli proqramlar təşkil olunub. Həmçinin uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olnub.

Qeyd edək ki, "Meçta" uşaq kafesi və "Drujba" uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən müxtəlif genişmiqyaslı layihələrindəndirlər. Bundan əlavə Fond Heydər Əliyev adına 11 nömrəli məktəbə, "Drujba" uşaq bağçasına, "Meçta" uşaq şəhərciyinə daim qayğı göstərir.

Təşkil olunan tədbir yerli KİV-lərin marağına səbəb olub. Həştərxan vilayəti beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.A.Afanasyev tədbirdə iştirak edən jurnalistlərə Həştərxan vilayəti və Azərbaycan arasında ikitərəfli münasibətlərin cari və perspektiv vəziyyəti barədə məlumat verib.
image description image description image description image description image description image description