Terrorçu Usama bin Ladenin ailəsinin 2 üzvü təyyarə qəzası nəticəsində vəfat edib. Terrorçu Usama bin Ladenin ailəsinin 2 üzvü təyyarə qəzası nəticəsində vəfat edib.

Bin Ladenin ailə üzvləri təyyarə qəzasında öldü - VİDEO

Terrorçu Usama bin Ladenin ailəsinin 2 üzvü təyyarə qəzası nəticəsində vəfat edib.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bin Ladenin ailə dostları məlumat verib.

Məlumata görə, ölənlər terrorçunun ögey anası Raca Haşim, ögey bacısı Sana ben Laden və onun əri Zuxair Xaşimdir. Artıq Səudiyyə şahzadəsi Məhəmməd bin Naif bin Əbdüləziz həlak olanların qohumlarına başsağlığı verib.

Xatırladaq ki, İngiltərənin cənubunda "Embraer Phenom 300" təyyarəsi qəzaya uğrayıb. Qəza keçirən təyyarə maşın bazarının üstünə düşüb. Nəticədə pilot və üç sərnişin həlak olub.

Daily Mail agentliyin verdiyi məlumata görə, qəza keçirən təyyarə Səudiyyənin "Salem Aviation" şirkətinə məxsusdur. Şirkət 2011-ci ildə öldürülən"Əl-Qadə" lideri Usama bin Ladenin ailəsi tərəfindən idarə olunur.



Aydan Axundova