PKK terrorçuları Türkiyədə növbəti terror aktı törədiblər. PKK terrorçuları Türkiyədə növbəti terror aktı törədiblər.

PKK 70 türkü girov götürdü: 3 TIR-ı yandırdı

PKK terrorçuları Türkiyədə növbəti terror aktı törədiblər.


AzNews.az xəbər verir ki, Qars-Ərzurum-İqdır yolunu bağlayan terrorçular çox sayda sərnişini girov götürüblər.

Məlumata görə, yolun bir tərəfində xəndək qazan terrorçular digər tərəfdə bomba partladaraq yolda avtomobillərin hərəkətini tamamilə məhdudlaşdırıblar.

Bundan sonra PKK terrorçuları iki arada qalan Kağızman bələdiyyəsinə aid sərnişin avtobusu və digər maşınlarda olan 70-ə yaxın mülki insanı girov götürüblər.

Bildirilir ki, iki saat sonra girovları buraxan terrorçular bələdiyyə avtobusunu və 3 TIR-ı atəşə tutaraq yandırıblar.

Gülər