“Qarabağ məsələsinin açarı Rusiyanın əlindədir və Rusiya-Azərbaycan yaxınlaşması normaldır”. “Qarabağ məsələsinin açarı Rusiyanın əlindədir və Rusiya-Azərbaycan yaxınlaşması normaldır”.

Qarabağ düyünü müstəqilliyimiz bahasına açılmamalıdır- EKSPERT

“Qarabağ məsələsinin açarı Rusiyanın əlindədir və Rusiya-Azərbaycan yaxınlaşması normaldır”.


Bunu AzNews.az-a açıqlamasında politoloq Elman Nəsirov deyib. Ekspert əlavə edib ki, bu heç də Azərbaycanın müstəqilliyinin məhdutlaşması anlamına gəlməməlidir:

"Azərbaycan bu münaqişənin həllində bütün imkanlardan istifadə edir. Bunun üçün Rusiyayla yaxınlaşmaq lazımdırsa niyə də olmasın. İşğalçı dövlət Ermənistandır və bu ölkə faktiki olaraq müstəqilliyini itirib, Rusiyanın forpostuna çevrilib, Rusiyanın bu ölkədə hərbi bazaları var. Deməli Qarabağ probleminin həllində Rusiyanın təsiri digər həmsədr ölkələrdən çoxdur. Lakin Rusiya-Azərbaycan yaxınlaşması bizim müstəqilliyimizin məhtudiyyətləşməsi bahasına ola bilməz. Azərbaycan heçbir halda buna yol verməz. Biz hər zaman müstəqil siyasətimizlə seçilirik. ABŞ da, Rusiya da bilir ki, Azərbaycan hansısa siyasi qərar qəbul edirsə bu bir baş prezident İlham Əliyev müstəqil qərarıdır".

Son günlər bu yaxınlaşmanın Ermənistanda təşvişlə qarşılandığını deyən politoloq bildirib ki, Rusiya yenidən ermənilərin könlünü almağa çalışır:

" Rusiya-Azərbaycan yaxınlaşmasının müşahidə olunmasından sonra Ermənistandakı qərb meyillilər Rusiya ilə bağları tamamən qırmağa çalışırlar. Xüsusiylə son günlər elektrik enerjisi qiymətlərinin bahalaşmasını əsas gətirərənlər geniş aksiyalara start verdilər. Onlar ölkədə qiymətlərin bahalaşmasında Rusiyanı ittiham edirlər. Buna görə də şimal qonşumuz yenidən ermənilərin könlün almaq üçün müəyyən addımlar atır. Məsələn müəyyən kreditlər ayırdı və həmin kreditlərlə Ermənistana silah alınması nəzərdə tutulur. Eyni zamanda son günlər yüksək rütbəli Rusiya rəsmilərinin Ermənistana səfəri də təsadüfi deyil, bunlar hamısı erməniləri razı salmaq məqsədi daşıyır".

E.Nəsirov sonda bir daha vurğulayıb ki, Rusiya və ABŞ yaxşı bilirlər ki, Azərbaycan siyasi baxımdan nə onların nə də digər bir dövlətin təsiri altına düşməyib.

Vüsal
AzNews.az