ABŞ prezidenti Barak Obama dünyada ən sürətli kompüterin yaradılması barədə əmr imzalayıb. ABŞ prezidenti Barak Obama dünyada ən sürətli kompüterin yaradılması barədə əmr imzalayıb.

Dünyanın ən sürətli kompüteri yaradılır - ƏMR

ABŞ prezidenti Barak Obama dünyada ən sürətli kompüterin yaradılması barədə əmr imzalayıb.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, əmrə əsasən, kompüter 2025-ci il üçün hazır olmalıdır.

Ehtimal olunur ki, bu superkompüter Çinin hesablamalar üzrə ən sürətli kompüterindən 20 dəfə daha tez işləyəcək.

ABŞ kompüteri bir ekzoflop gücə malik olmalıdır. Yəni o saniyədə bir kvintolyon hesablama əməliyyatı həya keçirməlidir. Bu kompüterin işlənməsi və yaradılması ilə xüsusi müəssisə - Milli strateji kompüter təşəbbüsü məşğul olmalıdır.

Qeyd edək ki, superkompüter mürəkkəb simulyasiyaları, elmi hesablamaları, milli təhlükəsizlik layihələrini yerinə yetirmək üçün nəzərdə tutulacaq. O, əsasən, hava məlumatlarını təhlil etmək və daha dəqiq proqnozlar verməyə, iqlim dəyişiklikləri barədə qabaqcadan xəbər verməyə, onkoloji xəstəlikləri diaqnoz etməyə və daha effektiv uçuş aparatları hazırlamağa kömək edəcək.

Aydan Axundova