Daxili İşlər Nazirliyi (DİN) Samuxda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi (DİN) Samuxda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

DİN Samuxda qəzada ölən 5 nəfərlə bağlı məlumat yaydı - Rəsmi

Daxili İşlər Nazirliyi (DİN) Samuxda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.


AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 31-də saat 16 radələrində Samux rayonunun Bağbanlar kəndində rayon sakini Zöhrab Məmmədov "VAZ-2106" markalı avtomobili idarə edərkən onu körpüdən Gəncə çayına aşırıb.

Nəticədə Z.Məmmədov və sərnişinləri Maral Məmmədova, Hicran Məmmədova, Kifayət İsmayılova və Məleykə Həsənova hadisə yerində ölüb, 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Samux Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.