Azərbaycanın Lənkəran şəhərində qətl hadisəsi törədilib. Azərbaycanın Lənkəran şəhərində qətl hadisəsi törədilib.

Lənkəranda taksi sürücüsü qətlə yetirildi - Bu gün

Azərbaycanın Lənkəran şəhərində qətl hadisəsi törədilib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 1-də günorta saatlarında şəhərin mikrorayon ərazisində qeydə alınıb. Məmməd adlı taksi sürücüsü aralarında olan şəxsi münaqişə zəminində həmkarı, Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Əsgərova ürək, qarın boşluğu və digər nahiyələrdən 4 bıçaq zərbəsi vurub.

Yaralı çatdırıldığı Lənkəran Mərkəzi Rayon Xəstəxanasında keçinib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətmiş şəxsin yaxalanması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görürlər.