Müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin meyiti Corat qəsəbəsindən tapılıb. Müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin meyiti Corat qəsəbəsindən tapılıb.

Tacir qardaşının meyitinin tapılmasından danışdı

Müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin meyiti Corat qəsəbəsindən tapılıb.


Bu barədə AzNews.az-a müğənninin özü məlumat verib.

Tacir Şahmalıoğlu bildirib ki, iki gündür aparılan axtarışlar heç bir fayda verməyib: "Bizə məlumat gəldi ki, Corat qəsəbəsində dənizin kənarında bir kişi meyiti aşkarlanıb. Getdik hadisə yerinə. Baxdıq ki, Mahirdir. Dəniz suyu meyiti gətirib qumun üstünə çıxarmışdı".

T.Şahmalıoğlı qardaşının meyitinin axtarışında iştirak edən bütün insanlara təşəkkürünü bildirib.

Qeyd edək ki, M.Allahverdiyev bu gün saat 12:00-da dəfn olunacaq.

Xatırladaq ki, iyulun 31-də müğənninin qardaşı Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36 yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.

Bahar RÜSTƏMLİ