Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov Malayziyaya səfər edəcək. Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov Malayziyaya səfər edəcək.

Alim Qasımov Malayziyaya gedir - Yeni konsert proqramı

Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov Malayziyaya səfər edəcək.


Bu barədə AzNews.az-a sənətkarın mətbuat xidmətinin rəhbəri Səadət Möhübova məlumat verib.

O, bildirib ki, səfər sentyabr ayında baş tutacaq: "Alim müəllim sentyabrın 2-dən 6-na kimi Malaziyaya səfər edəcək. Səfər çərçivəsində böyük konsert proqramları nəzərdə tutulub".

S.Möhübova onu da əlavə edib ki, sənətkar bu konsertdə qızı, əməkdar artist Fərqanə Qasımova ilə birlikdə çıxış edəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az