Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğının acı nəticələri hələ də yaddaşlardan silinməyib və çətinki də silinsin. Lakin görünür bəzi “işbazlar” bu hadisəni ya unudublar, ya da bizneslərinə zərər gəlməməsi üçün insan həyatını heçə sayırlar. Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğının acı nəticələri hələ də yaddaşlardan silinməyib və çətinki də silinsin. Lakin görünür bəzi “işbazlar” bu hadisəni ya unudublar, ya da bizneslərinə zərər gəlməməsi üçün insan həyatını heçə sayırlar.

“AAAF Park”da ölüm təhlükəsi – Prezidentin qadağası Abşerona niyə çatmayıb? (FOTO)

Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğının acı nəticələri hələ də yaddaşlardan silinməyib və çətinki də silinsin. Lakin görünür bəzi “işbazlar” bu hadisəni ya unudublar, ya da bizneslərinə zərər gəlməməsi üçün insan həyatını heçə sayırlar.


Məlum olduğu kimi 16 nəfərin faciəli ölümü ilə nəticələnən yanğına binada üzlük kimi istifadə edilən penoplast materialı səbəb olmuşdu. Və bu faciədən sonra prezident İlham Əliyevin göstərişi ilə penoplast üzlüklərinin kütləvi şəkildə sökülməsinə başlanıldı.

Lakin bəzi tikinti şirkətləri hələ də bu təhlükəli materialdan yararlanır.

AzNews.az-a daxil olan məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində salınan "AAAF Park" Yaşayış Kompleksində bəzi binalarda 2 binanın yanmasına, 16 insanın ölümünə, onlarla insanın yaralanmasına səbəb olan penoplast materialından hələ də istifadə olunur.

Bu, həmin binalarda mənzil alanların narazılığına səbəb olsa da, şirkət rəhbərliyi qərarını dəyişməyib.

Əraziyə yollanan AzNews.az-ın əməkdaşı parka ərazisində tikilən binaların xeylisinin bu üzlüklərlə örtüldüyünü müşahidə edib. Ustaların verdiyi məlumata görə, məlum faciədən sonra park ərazisində tikilən binaların demək olar ki, hamısı məhz bu materiallarla üzlənilir. Onlar bunu penoplastlara qadağa qoyulduqdan sonra bunun çox ucuz başa gəlməsiylə əlaqələndiriblər.

"AAAF Park"ın Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Lalə Bağırova məlumatı təstiqləyərək, təxminən 3 binada üzlük kimi penoplastdan istifadə edildiyini bildirib.

O, prezidentin məlum göstərişindən sonra binanın üzlüklərinin niyə sökülmədiyi barədə suala belə cavab verib: "Bizə bu materialların sökülməsi ilə bağlı heç bir rəsmi məlumat gəlməyib".

Departament rəhbəri qeyd edib ki, Binəqədidəki yanğın hadisəsindən sonra Fövqəladə Hallar Nazirliyi bu binalarda istifadə edilən penoplastları yoxlaılıb və təhlükəsiz olduğunu bildirib. Lakin Lalə Bağırova bununla bağlı heç bir rəsmi sənətin olmadığını deyib.

Prezidentin təhlükəli üzlüklərin sökülməsiylə bağlı verdiyi tapşırıqların videosunu təqdim edirik:










Vüsal
AzNews.az
image description image description image description image description image description image description image description image description