İyul ayının 10-dan etibarən Azərbaycan teatr sənət ocağının nümayəndələri mövsümə yollanıb. İstirahət üçün aktyorlardan kimi xarici ölkəyə, kimi də Azərbaycanın gözəl guşələrindən birinə üz tutur. İyul ayının 10-dan etibarən Azərbaycan teatr sənət ocağının nümayəndələri mövsümə yollanıb. İstirahət üçün aktyorlardan kimi xarici ölkəyə, kimi də Azərbaycanın gözəl guşələrindən birinə üz tutur.

Məşhur aktyorlar harada və necə dincəlir? – “Pul lazımdır, o da yox...”

İyul ayının 10-dan etibarən Azərbaycan teatr sənət ocağının nümayəndələri mövsümə yollanıb. İstirahət üçün aktyorlardan kimi xarici ölkəyə, kimi də Azərbaycanın gözəl guşələrindən birinə üz tutur.


AzNews.az bununla bağlı tanınmış sənət adamları arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik:


Xalq artisti Fuad Poladov: "Bu saat işləyirəm, qızğın məşqlərimiz gedir. Bizə istirahət yoxdur. Amma avqustun 15-dən sonra bu barədə düşünəcəyəm. Çox güman ki, istirahət ya Bakı bağlarının, ya da rayonların birində olacaq".


Xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı: "Mənim harada dincəlməyimin AzNews.az-a dəxli yoxdur. Harada dincəlməyimə mən qərar verirəm, siz yox".


Xalq artisti Rasim Balayev: "Nə istirahət, kefdən danışırsınız. Heç nə yoxdur. İstirahət üçün pul lazım. Pul da yoxdur".


Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Ağaxan Salmanlı: "Mən cavan vaxtı böyük şəhərlərə gedib dünyagörüşümü artırırdım. Heç vaxt suda çimib, əl-ayağımı uzadıb, göyə, ya dənizə baxmaqdan zövq almamışam. Bu mənim üçün ani olub, məzuniyyətdən bilgilərimi artırmaq üçün istifadə etmişəm-Moskva, Leninqrad, Kiyev, Tbilisi, Praqa, Helsink, Daşkənd, Kişinyov, Sofiya, Buxarest, Minsk və son illər də öz həyətimdə".


Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Fizuli Hüseynov: "20 gündür ki, istirahətlə əlaqədar Avropadayam. Göl kənarında dincəlirəm. Hələ bir müddət də burada olacam".


Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Sənubər İsgəndərli: "Hazırda istirahətdəyəm. Bakı bağlarının birində dincəlirəm. Avqustun ortalarında isə istirahət üçün ayrıca planım var".


Aktyor Kamran Yunis: "Sənət insanlarının çörəyi, pulu yoxdur, nə istirahətbazlığıdır. Amma həftə sonu Fil dişi sahillərinə gedəcəyəm. Bir həftəlik orada dincələcəyəm".


İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Elçin Hacıyev: "Hələ ki, evdə dincəlirəm. Evimiz dənizə yaxındır. Mütəmadi olaraq dənizə gedib orada istirahət edəcəyəm. Bəlkə sənət dostlarımla birlikdə ölkəmizin gözəl güşələrindən birinə getdik".


Xalq artisti Arif Quliyev: "İstirahət başlayıb. Bir gün saunaya, bir gün dənizə və bir gün də bağa gedirəm. Azərbaycandan gözəl istirahət məkanı ola bilməz. İstirahət üçün Azərbaycandan kənara çıxmaq günahdır. Qax, Lənkəran kimi istirahət məkanlarımız var. Dincəlmək bir neçə mövhumla izah olunur. Biri var qızla, biri də var arvadla istirahət edəsən".

Bahar RÜSTƏMLİ
AzNews.az