ABŞ-ın Nyu-Kempşir ştatında güclü külək nəticəsində sirk çadırı uçub. ABŞ-ın Nyu-Kempşir ştatında güclü külək nəticəsində sirk çadırı uçub.

Sirk uçdu: 2 ölü, 15 yaralı (VİDEO)

ABŞ-ın Nyu-Kempşir ştatında güclü külək nəticəsində sirk çadırı uçub.


AzNews.az Associated Press agentliyinə istinadən xəbər verir ki, hadisə sirk tamaşası zamanı baş verib.

Bu zaman tamaşanı 250 nəfər izləyib. Tamaşaçılardan 2-si vəfat edib, 15 nəfər isə yaralanıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, analoji hadisə bir gün öncə Çikaqoda baş verib. Güclü külək çadırı festival iştirakçılarının üzərinə uçurdub. Hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər isə yaralanıb.



Aydan Axundova