Avqustun 4-ü Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlikin ad günüdür. Avqustun 4-ü Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlikin ad günüdür.

Ramiz Məlik üçün əlamətdar gün

Avqustun 4-ü Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlikin ad günüdür.


Sənətkar bu günün sevincini AzNews.az-la bölüşüb. O, bildirib ki, ad gününü evində, ailəsi ilə birlikdə qeyd edəcək:

"Sonuz təbrik zəngləri gəlir. Məni təbrik edən bütün insanlara, dostlarıma, yaxınlarıma təşəkkür edirəm. Ad günümü evdə keçirəcəyik. Ailəm, oğlum, gəlinim, nəvəmlə bir arada olmaqdan gözəl nə ola bilər. Bu günümün sevincini onlara borcluyam".

Qeyd edək ki, Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Aktyor teatrla yanaşı, Azərbaycan filmlərində də bir-birindən yadda qalan orrazlar yaradıb.

1984-ci ildə Ramiz Məlik Respublika Dövlət mükafatına layiq görülüb.1982-ci ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub, Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar orendinə layiq görülüb.

Bahar RÜSTƏMLİ
AzNews.az