“Kristal” qrupunun rəhbəri Mədinə Məlik tanınmış aktyor Şamil Süleymanlının qızı olması ilə bağlı məlumat yayıb. “Kristal” qrupunun rəhbəri Mədinə Məlik tanınmış aktyor Şamil Süleymanlının qızı olması ilə bağlı məlumat yayıb.

Məşhur aktyorun hamıdan gizlətdiyi qızı - “Bu haqda heç vaxt danışmamışam“

“Kristal” qrupunun rəhbəri Mədinə Məlik tanınmış aktyor Şamil Süleymanlının qızı olması ilə bağlı məlumat yayıb.


AzNews.az xəbər verir ki, M.Malik sosial şəbəkədə Milli Kino Günü ilə əlaqədar Ş.Süleymanlını təbrik edib. Bildirib ki, o Ş.Süleymanlı onun atasıdır və bu barədə heç vaxt danışmayıb:

"O, mənim atamdır. Bu haqda heç vaxt danışmamışam və danışmayacam da. Onunla bağlı danışmaq istəmirəm. Bu o demək deyil ki, bizim münasibətimiz yoxdur. Atamla çox gözəl münasibətimiz var, tez-tez də danışırıq. Allah onu mənə çox görməsin. O mənim hər şeyimdir"

Aktyor Şamil Süleymanlı Mədinə Məlikin onun qızı olması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, o, Mədinə Məlikin mənəvi atasıdır:

"Mən onun bioloji deyil, mənəvi atasıyam. Mədinə ilə fəxr edirəm, atasıyam onun. Öz zəhməti ilə yüksələn ağıllı qız ancaq Şamilin qızı olar bilər. Hər dəfə zəng edəndə elə bilirəm doğum evindən zəng edib deyirlər ki, Şamil sənin övladın olub. Yəni, o qədər sevinirəm".

Ş.Süleymanov onu da əlavə edib ki, bu yaxınlarda ağır xəstələnib və bunu dogma qızından başqa hər kəsdən gizlədib: "Bir baxdım Mədinə, başımın üstündə. Hardansa öyrənib gəlib. Bunu həkimlər görəndə dedilər ki, Mədinənin sənin qızın olduğunu bilmirdik. O, mənim qızımdır".

Bahar RÜSTƏMLİ