Məşhur ABŞ jurnalı Time dünyada bu zamana qədər yaşamış ən varlı və nüfuzlu insanların reytinqini hazırlayıb. Siyahı tarixçilərin və iqtisadçıların məlumatları əsasında tərtib olunub. Məşhur ABŞ jurnalı Time dünyada bu zamana qədər yaşamış ən varlı və nüfuzlu insanların reytinqini hazırlayıb. Siyahı tarixçilərin və iqtisadçıların məlumatları əsasında tərtib olunub.

Tarixin ən varlı insanlarının - Reytinqi

Məşhur ABŞ jurnalı Time dünyada bu zamana qədər yaşamış ən varlı və nüfuzlu insanların reytinqini hazırlayıb. Siyahı tarixçilərin və iqtisadçıların məlumatları əsasında tərtib olunub.


AzNews.az həmin siyahını təqdim edir:

Son dövlərin ən varlı insanı kompüter maqnatı Bill Geyts hesab olunur. Forbes onun maliyyəsini təxminən 79 milyard dolar miqdarında dəyərləndirir. Lakin ən varlı insanların top 10-luğunda Bill Geyts 9-cu yerdə qərarlaşa bilib.

Ondan aşağıda yalnızca Çingizxanın adı var. Bununla yanaşı, Time qeyd edir ki, Çingizxan puldan çox torpağa sahib olub.

Səkkizinci yerdə XI əsrdə yaşamış britaniyalı cəngavər Alan Rufus qərralaşıb. Hazırkı dövdə onun mirası 194 milyard dollar təşkil edərdi.

Yeddinci pillədə Standard Oil şirkətinin yaradıcı Con Rokfeller yer alır – 341 milyard dollar.

Altıncı yer Endryu Karneqiyə məxsusdur. US Steel şirkətinin rəhbəri və bütün dövrlərdə ən varlı amerikalı – 372 milyard dollar.

Reytinqin beşinci pilləsində isə İosif Stalin qərarlaşıb. Reytinqin müəllifləri Stalinin bu yerdə olmasını SSRİ liderinin zəngin ölkəyə tamamilə nəzarət etməsi ilə izah ediblər.

Üçlüyə ən yaxın mövqeni XVI əsrdə Hindistanda yaşayan I Əkbər tutub. Müəlliflər onun bu pillədə olması da Stalinlə eyni səbələ izah ediblər. I Əkbər təbii sərvətlərlə zəngin ölkəyə rəhbərlik edib.

Üçüncü pillədə XI əsrdə yaşamış Çin imperatoru Şen Tszun yer alıb. O, dünya ÜDM-un 30 faizini istehsal edən imeriyaya rəhbərlik edib.

Ən varlıların siyahısında ikinci yerə Roma imperatoru Oktavian Avqust layiq görülüb. Onun var-dövləti 4,6 trilyol dollar dəyərində qiymətləndirilir.

Nəhayət, Time-ın ekspertləri Yer kürəsinin ən varlı sakini pilləsinə XIII-XIV əsrlərdə yaşamış Mali hökmdarı Mansa Musanı layiq görüblər. Mali dünyada ən böyük qızıl ixracatçısı olub. Onun var-dövlətini tarixçilər ümumiyyətlə hesablaya bilmirlər.

Aydan Axundova