Baş prokuror Zakir Qaralov 5 rayonun sakinləri ilə görüşmək üçün Tovuza səfər edəcək. Baş prokuror Zakir Qaralov 5 rayonun sakinləri ilə görüşmək üçün Tovuza səfər edəcək.

Zakir Qaralov Tovuza gedir

Baş prokuror Zakir Qaralov 5 rayonun sakinləri ilə görüşmək üçün Tovuza səfər edəcək.


Baş Prokurorluqdan AzNews.az-a verilən məlumata görə, Z.Qaralov avqustun 14-də saat 11:00-da Tovuz Rayon Prokurorluğunun inzibati binasında Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Tovuz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorluqları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437 28 79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.