Apple korporasiyası virtual mobil rabitə operatoru (MVNO) olacaq və müvafiq xidmətlər göstərməyə başlayacaq. Apple korporasiyası virtual mobil rabitə operatoru (MVNO) olacaq və müvafiq xidmətlər göstərməyə başlayacaq.

“Apple”dan yenilik - Mobil operator olacaq

Apple korporasiyası virtual mobil rabitə operatoru (MVNO) olacaq və müvafiq xidmətlər göstərməyə başlayacaq.


AzNews.az "Business Insider"ə istinadən xəbər verir ki, şirkətin öz mobil infrastrukturu olmadığına görə, o digər operatorların şəbəkəsindən xidmət edəcək.

Mənbənin verdiyi məlumata görə, Apple AT&T və Sprint mobil rabitə operatorları ilə müqavilə bağlamağı planlaşdırır.

Mobil virtual şəbəkə operatorunun işə salınmasının hazırlıqlarına başlansa da, bu müddət 5 ilə qədər uzana bilər.

Qeyd edək ki, analoji layihəni 2015-ci ilin aprelində Google işə salıb. Google bunun üçün Sprint, T-mobile və Wi-Fi-dan istifadə edir.

Texnologiya smartfonlara üç mənbə arasından hazırkı zamanda daha çox siqnal təqdim edənini seçməyə imkan verir.

Aydan Axundova