Azərbaycan bazarında xaricdən gətirilən meyvə məhsullarının baha olmasına səbəb, həmin məhsulların ölkəyə gətirilməsində rəqabətin olmamasıdır. Azərbaycan bazarında xaricdən gətirilən meyvə məhsullarının baha olmasına səbəb, həmin məhsulların ölkəyə gətirilməsində rəqabətin olmamasıdır.

Banan niyə bahadır ? - “Rəqabət yoxdur”

Azərbaycan bazarında xaricdən gətirilən meyvə məhsullarının baha olmasına səbəb, həmin məhsulların ölkəyə gətirilməsində rəqabətin olmamasıdır.


Bunu AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı deyib. Ekspert bildirib ki, xaricdən gətirilən bəzi məhsullar daxili bazarda qonşu, eləcə də avropa ölkələri ilə müqayisədə xeyli bahadı:



"Azərbaycanda bu məhsulların qiymətini baha olmasına səbəb daxili bazarda rəqabətin olmamasıdır. Yəni xaricdən bu məhsulları ölkəyə gətirən şirkət və ya sahibkarların sayı çox azdır. Bu isə bazarda rəqabətin yaranmamasına səbəb olur ki, bahaçılığın da başlıca səbəbi budur".

Daxili bazarda qonşu, eləcə də avropa ölkələri ilə müqayisədə xeyli baha satılan idxal meyvələri, xüsusiylə banan, ananas kimi subtropik meyvələr üzərində manapoliyanın olması məsələsinə gəlincə isə V.Bayramlı bildirib ki:

"Bəzi məhsullar var ki, onlar manapolyada deyillər, sadəcə onları ölkəyə gətirənlərin sayı azdır. Qiymətlərin baha olmasının digər səbəb isə inzibati metodlardır".

Gömrük rüsumlarının qiymətlərə təsirindən də danışan ekspert bildirib ki, bəzi mövsümü məhsullar üzərində yüksək vergilərin tətbiq olunması, yerli oxşar məhsulların qorunması üçündür.

"Azərbaycanda gömrük rüsumları region ölkləri ilə müqayisədə çox da yüksək deyil. Düzdü Gürcüstanla müqayisədə yüksək olsa da, Türkiyədən aşağıdır. Sadəcə oxşar məhsullara qoyulan yüksək vergi ölkədə istehsal edilən məhsulları qorumaq məqsədi daşıyır".

Ekspert problemdən çıxış yollarını da göstərib. O qeyd edib ki, bunun üçün dövlət bu sahəyə maraq yaratmalıdır:

"Dövlət çalışmalıdır ki, Azərbaycana meyvə idxal edən şirkətlərin sayı artsın. Bu da praktik olaraq imkan verəcək ki, bazarda rəqabət yaransın və daxili bazarda qiymətlər ucuzlaşsın".

Vüsal
AzNews.az