Bakıda yeni polis bölməsi yaradılıb. Bakıda yeni polis bölməsi yaradılıb.

Yeni polis bölməsi yaradıldı - Bakıda

Bakıda yeni polis bölməsi yaradılıb.


AzNews.az lent.az-a istinadən xəbər verir ki, yeni fəaliyyətə başlayan 41-ci Polis Bölməsi Səbail rayon Polis İdarəsinin tərkibində yaradılıb. Yeni bölmənin xidməti ərazisi kimi Badamdar qəsəbəsi müəyyən edilib.

Badamdar qəsəbəsi daha əvvəl 8-ci Polis Bölməsinin ərazisi olub.

Qeyd edək ki, yeni yaradılmış bölməyə hələlik rəis təyin edilməyib. Rəis vəzifəsini rəisin müavini, polis polkovnik-leytenantı Kəmaləddin Həmidov icra edir.