2015-ci ilin iyul ayında ərzaq məhsullarının qiymətləri 1,7% ucuzlaşıb. 2015-ci ilin iyul ayında ərzaq məhsullarının qiymətləri 1,7% ucuzlaşıb.

Ərzaq məhsullarının qiyməti ucuzlaşdı

2015-ci ilin iyul ayında ərzaq məhsullarının qiymətləri 1,7% ucuzlaşıb.


Bu barədə AzNews.az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

DSK-nın məlumatına görə, ötən ay qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,7% ucuzlaşıb.

Ay ərzində mal ətinin, balıq məhsullarının, kərə yağının, portağalın, naringinin, bananın, almanın, armudun, albalının, gilasın, alçanın, gavalının, əriyin, şaftalının, qozun, fındığın, üzümün, qarpızın, yemişin, göyərtinin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, kökün, kartofun, kələmin, xiyarın, pomidorun qiymətlərində ucuzlaşma olub.

Bundan başqa, düyünün, buğda ununun, toyuq ətinin, makaronun, yulaf və arpa yarmasının, yumurtanın, şabalıdın, limonun, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.