Qalmaqallı rus biznesmen German Sterliqov ötən gecə Ermənistandan Rusiyaya uçmaq istəyib, amma məqsədinə çata bilməyib. Qalmaqallı rus biznesmen German Sterliqov ötən gecə Ermənistandan Rusiyaya uçmaq istəyib, amma məqsədinə çata bilməyib.

Sterliqov hava limanında qaldı - FOTO, VİDEO

Qalmaqallı rus biznesmen German Sterliqov ötən gecə Ermənistandan Rusiyaya uçmaq istəyib, amma məqsədinə çata bilməyib.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, İrəvan hava limanında erməni sərhədçilər onu Moskvaya uçmaqdan çəkindiriblər. Biznesmenin vəkili Artur Ayrapetov "Kommersant"a verdiyi məlumata görə, sərhədçilər onu başa salıblar ki, beynəlxalq axtarışda olduğu üçün Rusiya çatan kimi onu tuta bilərlər.

Keçən həftə Azərbaycan İnterpolun xətti ilə Dağlıq Qarabağdakı fəaliyyətinə görə German Sterliqov barədə axtarış elan edib. Axtarışa əsas kimi Sterliqov və yoldaşlarının qanunsuz olaraq Azərbaycan sərhədini keçməsi, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş ərazilərə keçərək dövlət əleyhinə açıq çağırışlar etməsi səbəb olub.



German Sterliqov Şuşada

Ailəsi German Sterliqovun Rusiyaya qayıtmaq istəyini yeznəsi Oleq Sirotanın pendir zavodunun açılışına dəvət edilməsi ilə izah edir. Oleq Sirota German Sterliqovun qızının əridir. Arvadı Alyona Sterliqova əri ilə telefon bağlantısı belə olmadığını bildirib.



Alyona Sterliqova Şuşa xalça muzeyinin önündə

İyulun əvvəllərində rusiyalı iş adamı German Sterliqov Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edərək ailəsi ilə buraya yerləşmək niyyətini bəyan etmişdi.