Bu gün axşam saatlarında Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib. Bu gün axşam saatlarında Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Xaçmazda iki maşın toqquşdu - Yaralılar var

Bu gün axşam saatlarında Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xudat-Nabran yolunun 5-ci km-də qeydə alınıb.1980-ci il təvəllüdlü Qusar rayon sakini Zamir Mürsəlovun idarə etdiyi "Vaz 21099" markalı nəqliyyat vasitəsilə 1982-ci il təvəllüdlü Xudat şəhər sakini Samir Şirinovun idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub.

Qəza nəticəsində hər iki maşının sürücüsü və "Chevrolet"-in sərnişini Sevil Şükürova müxtəlif bədən xəsarətləri alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S.Şirinov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb, digər iki nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.