Sumqayıt şəhərinin Sülh küçəsində bir nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Sülh küçəsində, Dövlət Gömrük Komitəsinin Sumqayıt şöbəsinin qabağında qeydə alınıb. Sumqayıt şəhərinin Sülh küçəsində bir nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Sülh küçəsində, Dövlət Gömrük Komitəsinin Sumqayıt şöbəsinin qabağında qeydə alınıb.

Sumqayıtda ağır qəza - 1 ölü, 3 yaralı

Sumqayıt şəhərinin Sülh küçəsində bir nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Sülh küçəsində, Dövlət Gömrük Komitəsinin Sumqayıt şöbəsinin qabağında qeydə alınıb.


AzNews.az xəbər verir ki, Sumqayıt şəhər polis idarəsindən Anspress- ə verilən məlumata görə, şəhər sakini Fərrux Tofiq oğlu Əliyevin idarə etdiyi "VAZ 21015" markalı, 90 BX 071 dövlət nömrə nişanlı avtomobil Bakı-Quba yolu istiqamətində hərəkətdə olarkən Bakı şəhər sakini Niyaz İsayevin idarə etdiyi "Mitsubishi" markalı, 90-MX-875 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Zərbənin gücündən "VAZ 21015" markalı avtomobil deformasiyaya uğrayıb.

İdarədən qəzaya ilkin ehtimal kimi "avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olduğu" bildirildi.

Qəza nəticəsində "VAZ 21015"-də olan sərnişin Vəfadar Abuzər oğlu Ələkbərov yerindəcə dünyasını dəyişib. Hər iki avtomobilin sürücüsü və "Mitsubishi" markalı avtomobildə olan sərnişin Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, "Mitsubishi"nin sürücüsü və sərnişini ilkin tibbi yardım göstərilərək Bakıya Mərkəzi Klinik Xəstəxanaya göndəriliblər. "VAZ 21015"in sürücüsü isə xəstəxanadadır və vəziyyəti normaldır.

Mərkəzi Klinik Xəstəxanadan da hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirildi.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.