Heyvanlar çox vaxt balalarını qorumaq üçün insanlara hücum edirlər. Heyvanlar çox vaxt balalarını qorumaq üçün insanlara hücum edirlər.

İnəklər almaniyalı turisti öldürdülər

Heyvanlar çox vaxt balalarını qorumaq üçün insanlara hücum edirlər.


İsveçrədə Alp dağlarında səyahət edən almaniyalı turisti inəklər tapdalayaraq öldürüblər.

AzNews.az xəbər verir ki, bu barədə Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, hadisə Laks icmasının yaxınlığında baş verib. 77 yaşlı səyahətçi xəbərdarlıq nişanlarına baxmayaraq heyvanların otlağına girib.

The Bild dəqiqləşdirir ki, hadisənin şahidi olan yerli sakinlər polisə məlumat veriblər və təcili tibbi yardım çağırıblar. Hadisə yerinə gələn həkimlər isə qadının həyatını xilas edə bilməyiblər. Aldığı zədələrdən qadın dünyasını dəyişib.

The Daily Mail qeyd edir ki, bu Alp dağlarında inəklərin insanlara ilk hücumu deyil. Onlar çox vaxt balalarını qorumaq üçün belə edirlər.