Balakəndə siqaret çəkən kişi ehtiyatsızlıq üzündən özünü yandırıb. Siqaretin közündən paltarları alışan şəxs xəstəxanaya çatdırılıb. Balakəndə siqaret çəkən kişi ehtiyatsızlıq üzündən özünü yandırıb. Siqaretin közündən paltarları alışan şəxs xəstəxanaya çatdırılıb.

Siqaret çəkə-çəkə əlini benzinlə yuyan şəxs alışdı - VİDEO

Balakəndə siqaret çəkən kişi ehtiyatsızlıq üzündən özünü yandırıb. Siqaretin közündən paltarları alışan şəxs xəstəxanaya çatdırılıb.


AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, Balakən rayonunun İtitala kənd sakini 36 yaşlı Əli Kərimovun ani ehtiyatsızlığı onun ağır yanıq xəsarətləri alması ilə nəticələnib. O, odun doğrayan maşının mühərrikini təmir etdikdən sonra, siqaret çəkə-çəkə, əlini benzinlə yuyub və bu zaman yanacaq üstünə dağılıb.

Siqaretdən düşən köz isə onun paltarlarının qəfildən alışmasına səbəb olub. Ağır yanıq xəsarətləri alan Əli Kərimov dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Əli Kərimova bədənin 80%-ni əhatə edən I, II, III və IV dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub. Hal-hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Həkimi Məhəmməd Motuxov deyir ki, hazırda xəstənin vəziyyət kafi qiymətləndirilir və xəstə malicəsini davam etirmək üçün mərkəzə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır.