"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov film çəkir. "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov film çəkir.

Tahir İmanov film çəkir - “Ölülər 21-ci əsr”

"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov film çəkir.


Bu barədə AzNews.az-a Xalq artisti Valeh Kərimov məlumat verib.

O, bildirib ki, "Ölülər 21-ci əsr" adlı filmin çəkiliş heyəti hazırda Qəbələ rayonundadır:
"Qəbələdəyik. Komediya janrında olan filmdə Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə, Dilarə Əliyeva, Mehriban Xanlarova və başqa aktyorlar rol alıblar. Artıq filmlə bağlı çəkiliş işlərinə başlanılıb".

V.Kərimov qeyd edib ki, çəkilişlər bir aya yaxın davam edəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az