Bir müddət əvvəl Türkiyədə və Azərbaycanda məşhur olan "Ezel" serialı Cənubi Amerikada 6 ölkəylə müqavilə imzalayıb. Bir müddət əvvəl Türkiyədə və Azərbaycanda məşhur olan "Ezel" serialı Cənubi Amerikada 6 ölkəylə müqavilə imzalayıb.

Türk serialları dünyada - 200 milyon dollar gəlir

Bir müddət əvvəl Türkiyədə və Azərbaycanda məşhur olan "Ezel" serialı Cənubi Amerikada 6 ölkəylə müqavilə imzalayıb.


AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, Boliviya, Peru, Kolumbiya, Paraqvay, Braziliya və Ekvadorda nümayiş olunacaq serial Latın Amerikasında nümayiş olunan ilk və son türk ekran işi deyil. Bundan əvvəl "Min bir gecə", "Aşk-ı memnu" seriallarıyla reytinq qıran telekanallar "Sıla", "Unutulmaz", "Gönülçelen", "Hatırla sevgili", "Bitmeyen şarkı"nı nümayiş etdirəcəklər.

Bununla Türkiyə büdcəsi seriallardan illik gəlirini də daha artırmış olub. 2013-cü ildə 150 milyon dollar qazanan türklər keçən il bu rəqəmi 200 etmişdilər.

Türk seriallarının digər uğuru isə Bollivud və Hollivuddan olan maraqdır.

"Suskunlar" serialının ssenarisini ABŞ telekanalı aldıqdan sona, Bollivud da "Ezel" serialını yenidən çəkmək qərarına gəlib.