ODA Teatrının quruluşunda olan “MimOda 18+” tamaşası avqustun 21-də Fransanın Oriak şəhərində keçirilən “Oriak Küçə Festifalı”da nümayiş olunub. ODA Teatrının quruluşunda olan “MimOda 18+” tamaşası avqustun 21-də Fransanın Oriak şəhərində keçirilən “Oriak Küçə Festifalı”da nümayiş olunub.

“MimOda 18+” Fransada: “Daha açıq-saçıq səhnələr oynadıq”

ODA Teatrının quruluşunda olan “MimOda 18+” tamaşası avqustun 21-də Fransanın Oriak şəhərində keçirilən “Oriak Küçə Festifalı”da nümayiş olunub.


Bu barədə AzNews.az-a teatrın bədii rəhbəri Elmin Bədəlov məlumat verib.

Onun sözlərinə görə, festivala dünyanın bir çox ölkələrindən 600-dən çox teatr qatılıb:
"Azərbaycanı o festivalda biz təmsil edirdik. İlk dəfə idi ki, küçədə tamaşa oynayırdıq. Çox həyəcanlıydıq. Tamaşamız başlamamışdan əvvəl plakatlarla Oriak küçələrini gəzərək insanları tamaşamıza dəvət etdik. Festival iştirakçıları bizi çox yaxşı qarşıladılar. Tamaşanın erotik məqamlarında tamaşaçılar bizə alqışları ilə dəstək verirdilər. Burada Azərbaycandakından daha sərt, açıq-saçıq səhnələr oynadıq. Tamaşamızın erotik və açıq-saçıq məqamları fransızlar tərəfindən çox böyük alqışlarla qarşılandı. Bu dərəcədə olacağını düşünmürdük".

E.Bədəlov qeyd edib ki, festivalın üstün cəhətlərindən biri başqa ölkələrin rejissor və aktyorları ilə yaxından münasibət olub: "Bizi növbəti il baş tutacaq festivala da dəvət etdilər. Çünki tamaşamızı bəyəndilər. Eyni zamanda dünyanın ən böyük teatr festivalı olan "Avinyon"a dəvət aldıq. "Avinyon" festivalında da məhz bu tamaşanı oynayacağıq. Bundan başqa, "Avropa və Şərq Teatrları Evi" bizi Fransaya növbəti səfərimiz üçün dəvət etdi. Vaxt edib bu teatrda da qastrol səfəri ilə tamaşanı oynamaq istəyirik".

AzNews.az
image description image description image description image description