Xalq artisti Ramiz Novruz həmkarı Ramiz Məliklə barışmağı münasibəti ilə ziyafət təşkil edib. Xalq artisti Ramiz Novruz həmkarı Ramiz Məliklə barışmağı münasibəti ilə ziyafət təşkil edib.

Həmkarını döyən Xalq artisti barışıq qonaqlığı verdi – Amma şahidlər gəlmədi

Xalq artisti Ramiz Novruz həmkarı Ramiz Məliklə barışmağı münasibəti ilə ziyafət təşkil edib.


Bu barədə AzNews.az-a aktyor R.Novruz özü məlumat verib. Bildirib ki, qonaqlıqda Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov da iştirak edib: "Bir balaca yığıncaq keçirdik. Yığıncaqda teatrın direktoru, truppa müdiri, aktyor Kazım Abdullayev və mən iştirak edidim. İştirakçıların yanında Ramiz Məlikdən üzr istədim".

Aktyor onu da qeyd edib ki, barışıq tədbirinə hadisəyə şahidlik edən bütün aktyorlar dəvət olunub: "Amma onların heç biri gəlmədi. Hətta xanım aktrisaları da dəvət etmişdim. Çox təəssüf edirəm ki, onlar gəlmədilər".

Xatırladaq ki, avqustun 23-də Akademik Milli Dram Teatrında Xalq artistləri Ramiz Məliklə Ramiz Novruz arasında mübahisə yaşanıb. Nəticədə R.Novruz R.Məliki yumruqlayaraq gözünün altını şişirdib və köynəyini cırıb. R.Məlik isə olanlarla bağlı Yasamal Rayon Polis Şöbəsinə müraciət edib.

Bahar RÜSTƏMLİ
AzNews.az