Qusarda mənzildə yanğın hadisəsi baş verib. Qusarda mənzildə yanğın hadisəsi baş verib.

6 otaqlı ev kül oldu

Qusarda mənzildə yanğın hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, hadisə nəticəsində rayonun Hil kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan 2 mərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlərin hadisəyə cəld müdaxiləsindən sonra evin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.