- Köhnə - Hadisə
- 28 Avqust 2015 10:43
- 1 980
“Daewoo” ilə mikroavtobus toqquşdu: yaralılar var
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb.
AzNews.az ans press-ə istinadən xəbər verir ki,Bərdə sakini Aslan İsgəndərovun idarə etdiyi "Daewoo" markalı minik avtomobili ilə "Mercedes" markalı şəhərlərarası sərnişin mikroavtobusu toqquşub.
Qəza zamanı minik maşınında olan sərnişin - Ağcabədi rayon Hacallı kənd sakini, 53 yaşlı Ədalət Hüseynov və "Mercedes"in sərnişini, Yevlax rayon sakini, 16 yaşlı Çinarə Ağayeva xəsarət alıb. Yaralıları dərhal Yevlax Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan hər iki nəfərin vəziyyətinin normal olduğunu bildiriblər.
Hadisəyə ilkin ehtimal kimi "Mercedes"in sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır. (anspress.com)