Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzNews.az-ın əməkdaşını və baş redaktorunu təhqir edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzNews.az-ın əməkdaşını və baş redaktorunu təhqir edib.

DİN sözçüsündən inanılmaz tərbiyəsizlik – Küçə söyüşləri və təhdid...

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzNews.az-ın əməkdaşını və baş redaktorunu təhqir edib.


Məsələ bu gün səhər AzNews.az-da gedən "Bakıda dəhşətli anlar - 8 güllə açıldı: 1 ölü, 1 yaralı..." başlıqlı yazıda hadisəni törədən şəxsin polis əməkdaşı olması ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün E.Zahidova müraciət edərkən olub. O hadisə ilə bağlı açıqlama vermək əvəzinə, yazının saytdan çıxarılmasını tələb edib. Bundan əlavə, əməkdaşımıza qarşı ağır ifadələr işlədib və onu təhdid edib. Daha sonra baş redaktora zəng edərək ona qarşı küçə söyüşləri söyüb, heç bir tərbiyəyə sığmayan və əxlaqdan kənar ifadələr işlədib.

Bildirək ki, DİN-in mətbuat xidmətinin əməkdaşının sözügedən səs yazısı əlimizdədir.

AzNews.az rəhbərliyi onun tərbiyəsiz davranışı ilə bağlı daxili işlər naziri Ramil Usubova və digər aidiyyəti qurumlara, eləcə də məhkəməyə müraciət etdikdən sonra həmin səs yazısını ictimaiyyətə təqdim edəcək.

AzNews.az