Keçmiş polis işçisini odlu silahdan açılan atəşlə qətlə yetirmiş şəxs könüllü təslim olub. Keçmiş polis işçisini odlu silahdan açılan atəşlə qətlə yetirmiş şəxs könüllü təslim olub.

Keçmiş polisi qətlə yetirən şəxs təslim oldu - DİN-dən açıqlama

Keçmiş polis işçisini odlu silahdan açılan atəşlə qətlə yetirmiş şəxs könüllü təslim olub.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, avqustun 28-də saat 01 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami RPİ 25-ci PB-yə gələrək istintaqa təslim olmuş, hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapançanı və patron darağını təhvil vermişdir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Nadir İbrahimov keçmiş polis əməkdaşı olub.