Xəbər verdiyimiz kimi bu gün gecə saatlarında Nizami rayonunda güllələnərək qətlə yetirilən keçmiş polis əməkdaşı iş adamı Nizami Piriyevin qaynı Namiq Əsədovla şərik olub. Xəbər verdiyimiz kimi bu gün gecə saatlarında Nizami rayonunda güllələnərək qətlə yetirilən keçmiş polis əməkdaşı iş adamı Nizami Piriyevin qaynı Namiq Əsədovla şərik olub.

Nizami Piriyevdən öldürülən polislə bağlı açıqlama: “Xəbərsiz olmuşam” (Foto)

Xəbər verdiyimiz kimi bu gün gecə saatlarında Nizami rayonunda güllələnərək qətlə yetirilən keçmiş polis əməkdaşı iş adamı Nizami Piriyevin qaynı Namiq Əsədovla şərik olub.

Məlumatlara görə, N.Əsədovla N.İbrahimov arasında konflikt olub və Nizami Piriyevin qaynı keçmiş polis əməkdaşını şəriklikdən çıxarıb.

Tərəflər hətta məhkəmədə qarşılaşıblar.

O da bildirilir ki, Namiq Əsədov Nadir İbrahimova yeznəsi, tanınmış biznesmen Nizami Piriyev vasitəsilə psixoloji təsir göstərib.

Sözügedən məlumatlar bu ilin may ayında yayılıb. Yəni, tərəflər arasındakı konfliktin tarixçəsi çox yaxın tarixlərə söykənir. Polisin güllələnməsində şərikinin əlinin olub-olmaması isə sual atındadır.

Bu barədə sözügedən qalmaqallarda adı hallanan Nizami Piriyev AzNews.az-a açıqlama verib. Bildirib ki, Nadir İbrahimov adlı şəxsi tanımır: "Mən o adamı tanımıram. Məhkəmə ilə təzyiq etmək məsələsi də əsassızdır. Mənim öz biznesim özümə bəsdir. Heç vaxt qaynımın işlərinə qarışmamışam. Heç maraqlanmamışam da. N.İbrahimovla da xüsusi tanışlığım olmayıb. Qaynımın da belə şərikinin olmasından xəbərsiz olmuşam. Şərik olublar, olmayıblar, kimdir, bilmirəm".



Soldan: Namiq Əsədov, Nadir İbrahimov

Xatırladaq ki, bu gün gecə saatlarında Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. Nadir İbrahimov Rövşən Həsənovla Nizami rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi "Makarov" markalı tapancadan Nadir İbrahimova 8 güllə atıb. Nadir İbrahimov 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşka) çatdırılsa da dünyasını dəyişib.

Nigar ETİBAR
AzNews.az