Axşam saatlarında Ağdam rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Axşam saatlarında Ağdam rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

21 yaşlı gəncə 30 bıçaq zərbəsi vurdular - Ağdamda (Foto)

Axşam saatlarında Ağdam rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.


AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü rayon sakini Əliyev Dünyamin Qərib oğlu, hələlik istintaqa məlum olmayan şəxs tərəfindən çoxsaylı bıçaq zərbələrinə məruz qalıb. Yaralı ilk öncə Ağdam, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müəyyən edilib ki, 21 yaşlı gəncə qarının sağ və sol hissələrindən 30 bıçaq zərbəsi vurulub. Dərhal əməliyyat olunan xəstənin vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
image description image description image description