Avropa oyunları zamanı bağlanmış kənd təsərrüfatı yarmarkaları yenidən açıla bilər. Avropa oyunları zamanı bağlanmış kənd təsərrüfatı yarmarkaları yenidən açıla bilər.

Yarmarkalar yenidən açılacaq

Avropa oyunları zamanı bağlanmış kənd təsərrüfatı yarmarkaları yenidən açıla bilər.

Ölkəmizdə keçirilən Avropa oyunları səbəbindən bağlanan yarmarkalar oyunlar qurtarandan sonra da açılmadı.

Onların yerləşdiyi məkanda quraşdırılan örtüklər də söküldü. İndi şəhər sakinləri ya bazarlara, ya da super marketlərə üz tutur. Bu da onların çoxuna "əl vermir". Sorğu zamanı bəlli olub ki, yarmarkaların bağlanmasından narazı olanlar kifayət qədərdir.

Şəhər sakini Babaş Məmmədov sözlərinə görə, kənd təsərrüfatı yarmarkalarının açılması lazımdır, çünki kənd yerlərində hazır məhsul kifayət qədərdir.

"Kənd təsərrüfatı yarmarkaları fəaliyyət göstərəndə gedib ucuz qiymətə alırdıq. İndi bazarlara girmək olmur, bahalıqdır. Yarmarkaların təkrar fəaliyyət göstərməsi çox yaxşıdır", - deyə şəhər sakini Xandadaş Cəfəroğlu bildirib.

AzNews.az ANS TV-yə istinadən xəbər verir ki, kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məsələyə aydınlıq gətirərək bildirdi ki, bu yaxınlarda kənd yarmarkaları fəaliyyətə başlayacaq.

Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətilə birgə yarmarkaların yerləşəcəyi ərazilər dəqiqləşdirilir.

Yerlər məlum olandan sonra kənd yarmarkaları da paytaxt sakinlərininin ixtiyarına veriləcək.