“Qarabağ”ın yeni transferi Əlhərbi Əl Jadeyui təkcə komandasına yox, elə Bakının yollarına da uyğunlaşa bilmir. “Qarabağ”ın yeni transferi Əlhərbi Əl Jadeyui təkcə komandasına yox, elə Bakının yollarına da uyğunlaşa bilmir.

“Qarabağ”ın futbolçusunu polis saxladı - FOTO

“Qarabağ”ın yeni transferi Əlhərbi Əl Jadeyui təkcə komandasına yox, elə Bakının yollarına da uyğunlaşa bilmir.


AzNews.az futbolinfo.az-a istinadən xəbər verir ki, mərakeşli yarımmüdafiəçi bu gün yol-hərəkət qaydalarını pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.

Hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsində, Səttar Bəhlulzadə küçəsində baş verib. Futbolçunun saxlanıldığı yer klubun bazasına yaxın olduğundan güman ki, Əl Jadeyui də məhz ora tələsirmiş.

Maraq üçün onu da qeyd edək ki, hələ komandaya uyğunlaşa bilməyən mərakeşli futbolçunu ölkə futbol ictimaiyyəti tez-tez tənqid edir. Yarımmüdafiəçi yenicə özünə gəlmişkən yenə bəxti gətirməyib. "Yanq Boyz" (İsveçrə) ilk matçda zədələnən oyunçu komandasının ötəngünkü Avropa Liqası matçını da buraxmalı olub.