Sünni alimlər İranın Məhəmməd peyğəmbər haqqında çəkdiyi filmi qadağan etməyə çağırırlar. Sünni alimlər İranın Məhəmməd peyğəmbər haqqında çəkdiyi filmi qadağan etməyə çağırırlar.

Məhəmməd peyğəmbər haqda filmə - Etirazlar başladı

Sünni alimlər İranın Məhəmməd peyğəmbər haqqında çəkdiyi filmi qadağan etməyə çağırırlar.

AzNews.az-ın AzadlıqRadiosuna istinadən məlumatına görə, Misirin "Əl-Əzhar" İslam Universitetinin alimləri bildirirlər ki, onlar rejissorun "Məhəmməd" filmində peyğəmbərin görüntülənməməsi üçün istifadə etdiyi mürəkkəb üsullarından razı qalmayıblar.

"Oskar" mükafatı nominantı rejissor Majid Majidi islam ciddiyətini yumşaldıb. Rejissor ekranda aktyorun sifətini göstərməkdən yan keçib. Onu arxadan və ya kölgə vasitəsilə çəkməklə göstərməyə üstünlük verib.

"Bu məsələ barədə artıq çoxdan qərar verilib. Şəriət peyğəmbərin təcəssümünü qadağan edir" – "Əl-Əzhar" Universitetindən professor Fattah Alawari deyir.

"Bu, islamda yolverilməzdir. Aktyorun ziddiyyətli və konfliktli rolları var. Hərdən onu kor sərxoş kimi, hərdən arvadbaz kimi görmüşük... İndi də o, peyğəmbəri canlandırır".

Filmin saundtrekində oxuyan müğənni Sami Yusuf "Reuters"ə deyib ki, bəzi sünnilərin müxalifliyi siyasi xarakter daşıyır: "Mən əminəm ki, "Əl-Əzhar"da və başqa yerlər də filmi tənqid edənlər onu görməyiblər. Onlar filmi yalnız ona görə tənqid edirlər ki, bu, İran mədəniyyətinin ixracıdır".

İRANIN ƏN BAHALI FİLMİ

Avqustun 27-də İranda Məhəmməd peyğəmbərin uşaqlığından bəhs edən filmin premyerası olub.

Majid Majidi-nin 171 dəqiqəlik bu filmi 40 milyon dollara başa gəlib və İranın indiyədək çəkdiyi ən bahalı film sayılır. Maliyyəni qismən dövlət ayırıb, film 7 ilə çəkilib.

Majidi bildirib ki, məqsəd İslamın son illər zorakı ekstremistlər tərəfindən korlanmış imicini özünə qaytarmaqdır.

Trilogiya olacaq filmin hələlik birinci hissəsi çəkilib, qalan iki hissənin nə vaxt hazır olacağı bəlli deyil.

Bu, Məhəmməd Peyğəmbərdən bəhs edən ikinci böyük filmdir. "Allahın elçisi Məhəmməd" adlı birinci film 1976-cı ildə Suriya mənşəli amerikalı rejissor Moustapha Akkad tərəfindən çəkilib.