9 Avropa ölkəsinin nəqliyyat və daxili işlər nazirləri Parisdə görüş keçirəcəklər. 9 Avropa ölkəsinin nəqliyyat və daxili işlər nazirləri Parisdə görüş keçirəcəklər.

9 ölkənin DİN rəhbərləri toplaşır - Parisdə

9 Avropa ölkəsinin nəqliyyat və daxili işlər nazirləri Parisdə görüş keçirəcəklər.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Amsterdam-Parıs qatarında baş verən atışmadan sonra, həmin görüşdə nəqliyyatla bağlı təhlükəsizlik sisteminin artımı məsələri müzakirə olunacaq.

Fransa hökuməti nəqliyyatda təhlükəsizlik qaydalarını gücləndirməyi təklif edib. Danışıqlarda, xüsusən, beynəlxalq qatarlarda metallodetektorların quraşdırılması, polis əməkdaşlarının təchizatının səviyyəsi, şübhəli şəxsi yaxalamaq üçün daha geniş məlumat mübadiləsi haqda müzakirə ediləcək.

Fransa,Böyük Britaniya, , Almaniya, Italiya, Ispanya, Belçika, Lüksemburq, Niderland və Isveçrənazirlərinin iştirakı ilə görüş keçiriləcək.

Avqust ayının 21-də Amsterdamdan Parisə gedən yüksək sürətli "Thalys" qatarında sərnişinlərə hücum edilib. Atışma Mərakeşli Eyub Kazanı tərəfindən törədilib. Nəticədə 3 nəfər xəsarat alıb. Bir neçə dəqiqədən sonra sərnışinlər özləri Eyub Kazanı neytrallaşdırmağı bacarıblar. Hadisə Fransanın şimal-şərqin Arras şəhərinin yaxınlığında baş verib.